Mediasiya təşkilatları vasitəsilə fəaliyyət göstərən mediatorların gəlirlərinə xüsusi yanaşma tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Mediatorlara ödənilməli olan haqlar təşkilatın vergitutulan gəlirinə daxil edilmir. Bu norma vasitəçilik fəaliyyətinin düzgün uçotunu təmin edir. Beləliklə, yalnız təşkilatın real gəliri vergiyə cəlb olunur.