ABŞ Prezidenti Donald Tramp Fransada keçirilmiş G7 sammitindən sonra İtaliya Baş naziri Ciorcia Meloninin birlikdə şəkil çəkdirmək üçün ona yalvardığını iddia edib.

Heftelik.az “La7”-yə istinadən xəbər verir ki,  Donald Tramp Ciorcia Meloninin onunla birlikdə şəkil çəkdirməyi çox istədiyini söyləyib.

“Mən bunu etməzdim, amma ona yazığım gəldi. Yəqin ki, onunla danışdığım üçün özünü xoşbəxt hiss edir. Çünki mən onunla danışmağa borclu deyiləm”, – Tramp bildirib.

Meloni Trampın iddialarına cavab verib. İtaliya lideri ABŞ Prezidentinin sözlərini uydurma adlandırıb.

“Sözün açığı mən dəhşətə gəlmişəm. Bilmirəm ki, niyə ABŞ Prezidenti öz müttəfiqləri ilə belə rəftar edir? Bu, birinci dəfə deyil. Təəssüflər olsun ki, o, Qərbin və ABŞ-ın düşmənləri ilə münasibətdə eyni qətiyyəti göstərmir, onlarla daha mehriban davranır. O, bir məsələni yadda saxlamalıdır ki, İtaliya və mən heç vaxt yalvarmırıq”.