Rusiya ordusu Qara dənizdə iki xarici mülki gəmiyə hücum edib, bir dənizçi ölüb, daha 5 nəfər yaralanıb.
Heftelik.az xəbər verir ki, bu barədə Odessa regional hərbi administrasiyasının rəhbəri Oleq Kiper bildirib.
Hücum nəticəsində gəmilərdən birində ekipaj üzvü həlak olub, daha iki nəfər yaralanıb. Digər gəmidə isə üç ekipaj üzvü yaralanıb.
Kiper qeyd edib ki, hazırda gəmilərin hərəkəti bərpa edilib, liman infrastrukturu təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla çalışır.
