Zaqatalada qətl

19 İyun 2026, 12:23

Bu gün səhər saatlarında Zaqatala rayonunun Qımır kəndi ərazisində 58 yaşlı Ələsgər Əhmədov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi 58 yaşlı Kamran Məhərrəmovu kəsici alətlə qətlə yetirib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, polis Ələsgər Əhmədovu saxlayıb.

Araşdırma aparılır.