Hüquq və öhdəliklərin üçüncü şəxsə ötürülməsi ilə bağlı müqavilə təsdiqləndikdən sonra notarius əlavə tədbirlər görür.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Müqavilə elektron və yazılı formada daşınmaz əmlakın dövlət reyestrinə göndərilir. Eyni zamanda torpaq sahəsinin mülkiyyətçisinə də məlumat təqdim olunur. Bu sənəd qeydiyyat dəyişiklikləri üçün ərizə hesab edilir.