Siyasi partiyalar illik maliyyə hesabatlarını müəyyən müddətdə Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.

Hesabatlar auditor rəyi ilə birlikdə təqdim olunur və mediada dərc edilir. Qaydalar şəffaflıq və ictimai nəzarət məqsədi daşıyır. Bu, siyasi maliyyə fəaliyyətində açıqlığı təmin edir.