İsveçrənin Bürgenstok şəhərində keçirilən dördtərəfli məsləhətləşmələrdən sonra dörd işçi qrupunun yaradılması barədə razılıq əldə edilib.

Heftelik.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Press TV-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qruplar sanksiyaların aradan qaldırılması, nüvə probleminin həlli, yenidənqurma və iqtisadi inkişaf, eləcə də monitorinq məsələlərini həll etmək üçün yaradılıb.