Kooperativin mənfəəti məcburi ödənişlər həyata keçirildikdən sonra müxtəlif istiqamətlərə yönəldilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Vəsaitlər fondların formalaşdırılmasına, kreditorlarla hesablaşmalara və digər məqsədlərə sərf oluna bilər. Mənfəətin bir hissəsi kooperativ ödənişləri və dividendlərin verilməsinə yönəldilə bilər. Bu proses nizamnamə ilə müəyyən edilən qaydalara əsasən həyata keçirilir.
