Türkiyəli aparıcı Ece Erken son açıqlamaları ilə yenidən gündəmə gəlibb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, o, dələduzluğun qurbanı olduğu üçün Çeşmədəki bağ evinə gedə bilmədiyini deyib.

Aparıcı bildirib ki, bağ evini alarkən tanınmış futbol adamı Sergen Yalçının tövsiyəsinə güvənib.

 

“Sergen Yalçın “bunlar etibarlıdır, bağ evini buradan al”, – dedi. Mən də ona inanaraq investisiya etdim. Nəticə isə ortadadır”, – Erken bildirib.

Yaşadığı hadisənin ona ağır təsir etdiyini deyən məşhur aparıcı verdiyi qərara görə özünü qınadığını da gizlətməyib.

“Başımı divara vururam. Səni necə dinlədim?” – o, Sergen Yalçına eyham vurub.

Ece Erkenin açıqlamaları qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Aparıcının dələduzluq hadisəsi və Sergen Yalçına ünvanladığı iradlar maqazin gündəminin ən çox danışılan mövzularından birinə çevrilib.