Sosial şəbəkələrdə Bakının Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində aşkarlanan avtomobillə bağlı yayılan məlumatları polis əməkdaşları araşdırıb.

Heftelik.az-ın xəbərinə görə, araşdırmalarla nəqliyyat vasitəsinin sahibi müəyyən edilib.

Məlum olub ki, həmin avtomobil xuliqanlıq zəminində baş vermiş hadisədən sonra ərazidə saxlanılaraq tərk edilib.

Hazırda Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.