Kooperativin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi dəyərlərdən ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Əmlak üzvlərin pay haqları və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər hesabına formalaşa bilər.
Kooperativin cəlb etdiyi vəsaitlərin həcmi ümumi əmlakın 50 faizindən çox olmamalıdır.
Kooperativin əmlakı onun xüsusi mülkiyyəti hesab olunur.
