Qanunvericilik əşyaları bölünən və bölünməyən əşyalar kimi fərqləndirir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Təyinatı dəyişdirilmədən bölünməsi mümkün olmayan əşyalar bölünməz hesab edilir. Bəzi hallarda qanun əşyanın bölünməsini qadağan edə bilər. Bu xüsusiyyət əmlak münasibətlərində mühüm rol oynayır.
