Qaradağ rayonunda daş karxanasında işləyən 49 yaşlı kişi yıxılaraq ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Qızıldaş qəsəbəsində baş verib.

Cəlilabad rayon sakini 1977-ci il təvəllüdlü Əkram Əliyev işlədiyi daş karxanasında ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.