Futbol üzrə dünya çempionatında Braziliya Şotlandiyanı məğlub edib.

Heftelik.az Report-a istinadən xəbər verr ki,Mayami stadionunda keçirilən C qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.

“Sambaçılar”ın heyətində Vinisius (7, 45+3) dubl edib. Yekun nəticəni isə Mateus Kunya (60) müəyyənləşdirib.

Qrupun digər matçında isə Mərakeş millisi Haiti ilə qarşılaşıb. Afrikalılar 2 dəfə geriyə düşdüyü qarşılaşmadan qələbə ilə ayrılmağı bacarıb: 4:2.

Beləliklə, Braziliya seçməsi C qrupunu 7 xalla lider kimi başa vurub. 4 xal tooplayan Mərakeş  ikinci, Şotlandiya isə 3 xalla üçüncü olub.