Kooperativin mənfəəti əvvəlcə qanunla müəyyən edilmiş ödənişlərin həyata keçirilməsinə yönəldilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Daha sonra vəsait fondların yaradılmasına və digər məqsədlərə sərf oluna bilər.
Mənfəət üzvlər arasında pay haqlarına və fəaliyyətə verdikləri töhfəyə uyğun bölüşdürülür.
Ümumi yığıncaq ödənişlərin məhdudlaşdırılması barədə qərar qəbul edə bilər.
