Kooperativdə müşahidə şurası yaradıldıqda onun üzvlərinin sayı və səlahiyyət müddəti ümumi yığıncaq tərəfindən müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Müşahidə şurasının iclasları zərurət yarandıqda keçirilir. Bununla yanaşı, iclaslar yarım ildə bir dəfədən az olmamalıdır. Nizamnamədə nəzərdə tutulan hallarda şura üzvləri vaxtından əvvəl geri çağırıla bilərlər.
