Futbol üzrə dünya çempionatında İspaniya Uruqvaya qalib gəlib.
Heftelik.az Report-a istinadən xəbər verir ki, Qvadalxara stadionunda keçirilən H qrupunun III turunun matçında Avropa təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.
42-ci dəqiqədə Aleks Baena fərqlənib.
Bu qələbə sayəsində İspaniya 7 xalla qrupunu lider tamamlayıb.
Bu qrupun digər oyununda Kabo Verde – Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Hyuston stadionunda keçirilən H qrupunun III turunun matçında qapılara qol vurulmayıb – 0:0.
Ardıcıl üçüncü görüşündə də uduzmayan Kabo Verde 3 xalla qrupunu ikinci sırada bitirərək tarixində ilk dəfə qatıldığı mundialın pley-off mərhələsinə adlayıb. Komanda bu raundda son dünya çempionu Argentina ilə qarşılaşacaq.
Səudiyyə Ərəbistanı isə 2 xalla sonuncu yeri tutub və turnirlə vidalaşıb.

