Futbol üzrə dünya çempionatında Belçika Yeni Zelandiyanı məğlub edib.

Heftelik.az Report-a istinadən xəbər verir ki, “BC Place” stadionunda baş tutan G qrupunun III turunun matçında avropalılar 5:1 hesablı qələbəyə seviniblər.

Belçikanın qollarını Leandro Trossard (28, 50), Kevin De Brüyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar. Yeni Zelandiyada isə Cast Elaydca (84) dəqiq zərbə müəllifi olub.

Qrupdakı digər qarşılaşmada Misirlə İran üz-üzə gəlib. Sietl stadionunda keçirilən G qrupunun III turunun matçında bərabərlik qeydə alınıb – 1:1.

Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber fərqlənib. 14-cü dəqiqədə isə İranın bərabərlik qolunu Ramin Rezaeyan vurub.

Beləliklə.,Belçika qrupu lider kimi tamamlayıb, Misir isə tarixində ilk dəfə pley-off mərhələsinə adlayıb. Əzmkarlığı ilə seçilən və qrupda heç bir oyunda məğlub olmayan İran millisi  isə şansları az olsa da, ən yaxşı qrup üçüncülərindən biri olacaraq pley-off mərhələsinə ümidini qorumaqdadır.