Fərdi xüsusiyyətlərinə görə seçilən əşyalar əvəzedilməyən əşyalar sayılır.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Say, ölçü və ya çəki ilə müəyyən edilən əşyalar isə əvəzedilən əşya hesab olunur. Bu bölgü müqavilə münasibətlərində xüsusi əhəmiyyət kəsb edir. Əşyanın hüquqi rejimi onun növündən asılı ola bilər.