Kooperativ ən azı beş fiziki və ya hüquqi şəxs tərəfindən yaradıla bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Kooperativ yaratmaq istəyən şəxslər əvvəlcə təşəbbüs qrupu formalaşdırırlar. Bu qrup fəaliyyətin əsaslandırılması və nizamnamənin hazırlanması ilə məşğul olur. Həmçinin təsis yığıncağının təşkili də təşəbbüs qrupunun vəzifələrinə daxildir.