Bəzi hallarda daşınmaz əmlakla bağlı əməliyyatlar üçün notariat təsdiqi tələb edilmir.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Əldə edən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarına istinad etdikdə bu istisna tətbiq olunur. Eyni qayda ona bərabər tutulan digər sənədlərə də şamil edilir. Bu yanaşma hüquqi prosedurların sadələşdirilməsinə imkan yaradır.