Futbol üzrə dünya çempionatında Mərakeş Niderlandı məğlub edib.

Heftelik.az Report-a istinadən xəbər verir ki,  Monterrey stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf çıxmayıb – 1:1.

Niderlandın heyətində Kodi Qapko (72), Mərakeşdə isə İssa Diop (90+1) qol vuran futbolçular olublar.

Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti zərbələrində daha dəqiq oynayan Afrika təmsilçisi 1/8 finala yüksəlib.