Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Heftelik.az-a  verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.

Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

***

saat 12.04

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən  xəbər verir ki, bu gün saat 10 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub.

Daha sonra avtomobil su kanalına düşüb. Hazırda maşının kanaldan çıxarılması istiqamətində tədbirlər görülür.