Daşınmaz əmlak hüququ məhkəmə qərarı əsasında əldə edilirsə, müəyyən sənədlər təqdim edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Ərizəyə qərarın notariat qaydasında təsdiqlənmiş surəti əlavə olunur. Həmçinin əmlakın texniki göstəricilərini əks etdirən sənədlər təqdim edilməlidir. Bu sənədlər qeydiyyat prosesinin əsasını təşkil edir.