IV və VI siniflər üzrə monitorinqlərdə narahatedici nəticələr qeydə alınıb.
Heftelik.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, IV və VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələrinə əsasən, bəzi siniflərdə şagirdlərin 50-70 faizi minimal təhsil standartlarına cavab vermir.
Onun sözlərinə görə, belə siniflərin sayı az deyil.
“Şagirdlərin həmin siniflərdə minimal nəticələrə belə cavab verməməsinin bir neçə səbəbi var”, – Emin Əmrullayev qeyd edib.
