Dövriyyədən çıxarılmamış əşyalar sərbəst şəkildə özgəninkiləşdirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Əşyalar vərəsəlik və ya digər hüquqi əsaslarla bir şəxsdən digərinə keçə bilər. Dövriyyədən çıxarılmış və ya məhdudlaşdırılmış əşyalar isə xüsusi qaydalarla müəyyən edilir. Bu sahədə bütün tələblər qanunvericilik əsasında tənzimlənir.
