Kooperativ üzvlərinin verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Pay fondu kreditorların maraqlarını təmin edən minimal əmlak həddini müəyyən edir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı isə pay fonduna daxil edilmir. Həmin üzvlük haqqı üzv kooperativdən çıxdıqda geri qaytarılmır.