Tikintisinə icazə verilmiş, lakin istismara qəbul edilməmiş binalar tikintisi başa çatmayan bina hesab olunur.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Belə binaların tikintisinə icazə almış şəxslər torpaq sahəsini gələcək hissələrə uyğun paylara bölə bilərlər. Paylar dövlət reyestrində qeydə alındıqdan sonra həmin hissələr üzərində sərəncam vermək mümkün olur. Bu qayda tikinti layihələrinin maliyyələşdirilməsi və satış proseslərini asanlaşdırır.