Daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Daşınmaz əmlakın dövlət reyestrindəki məlumatların həqiqi olduğu prezumpsiyası tətbiq edilir.
Əmlakla bağlı müqavilələrin əksəriyyəti notariat qaydasında təsdiqlənməlidir.
Torpaq sahələri ilə bağlı təminat qeydlərinin aparılması və qeydiyyat prosedurları da ayrıca tənzimlənir.
