YAP Qadınlar Şurasının keçmiş sədri və Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva vəfat edib.
Heftelik.az xəbər verir ki, bu barədə APA-ya Nurlana Əliyevanın oğlu, Mərkəzi Seçki Komissiyasının katibliyinin müdiri İlqar Əlizadə məlumat verib.
O bildirib ki, Nurlana Əliyeva uzun sürən xəstəlikdən sonra bu gün səhər vəfat edib.
Nurlana Əliyeva bu gün Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.
