Qazaxda yeniyetmə çayda batıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Bala Çaylı kəndi ərazisində qeydə alınıb.
2012-ci il təvəllüdlü M.Sadıqov kənd ərazisindən keçən Coğaz çayında batıb.
Yeniyetmə sudan çıxararılaraq təcili yardım birqadasına təhvil verilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, yeniyetməni xilas etmək mümkün olmayıb.
