Tarif maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Əmək haqqına əlavələr əmək şəraiti ilə bağlı kompensasiya və ya həvəsləndirmə məqsədi daşıyır.
Mükafatlar əmək məhsuldarlığını və keyfiyyətini artırmağa yönəlmiş stimullaşdırıcı ödənişlərdir.
Bu ödənişlər əmək haqqı sisteminin ayrılmaz hissəsi hesab olunur.
