Xarici bankın nümayəndəlik açmaq üçün müraciətinə müxtəlif sənədlər əlavə olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Tələb olunan sənədlər sırasında bankın nizamnaməsi və nümayəndəlik yaratmaq qərarı yer alır.
Bankın idarəetmə strukturu və mühüm iştirak payı sahibləri barədə məlumat da təqdim edilməlidir.
Həmçinin son maliyyə hesabatları və auditor rəyi də sənədlərə əlavə olunur.