Əmək haqqından tutulmalar yalnız qanunla nəzərdə tutulan hallarda və ya işçinin razılığı ilə aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Vergilər, sosial sığorta haqları və icra sənədləri üzrə ödənişlər tutulmalar sırasındadır.
İşçinin vurduğu zərərin əvəzi və artıq ödənilmiş vəsaitlər də müəyyən hallarda tutula bilər.
Həmkarlar ittifaqı üzvlük haqları da əmək haqqından çıxıla bilər.
