Mərkəzi Bank banklar, filiallar, şöbələr və nümayəndəliklər üzrə mərkəzi reyestr aparacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Reyestr ictimaiyyət üçün açıq olacaq.
Burada maliyyə qurumlarının ünvanları, rəhbərləri və lisenziyaları barədə məlumatlar yer alacaq.
Fəaliyyətinə xitam verilmiş qurumlar barədə məlumatlar da reyestrə daxil ediləcək.