Əmək funksiyasını yüksək səviyyədə yerinə yetirən işçilər müxtəlif üsullarla həvəsləndirilə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Mükafatlandırma pul vəsaiti və ya qiymətli hədiyyələr şəklində ola bilər.
İşçilərə əlavə məzuniyyət və ya əmək haqqına fərdi əlavələr də verilə bilər.
Sanatoriya müalicəsi və turist səfərlərinin maliyyələşdirilməsi də həvəsləndirmə vasitələri sırasındadır.