Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihədə sığorta fondunun sabitliyinin qorunması, sistemin proqnozlaşdırıla bilən olması, çox yüksək gəlirli şəxslərlə orta gəlirli şəxslər arasındakı ödəniş balansının qoruması məqsədi ilə birdəfəlik sığorta ödənişinin verilməsi nəzərdə tutulan hallarda hesablanmış sığorta ödənişinin məbləğinin minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla təyin edilərək ödənilməsi təklif olunur.
Qeyd edilib ki, bu həddin tənzimlənməsi risklərin həcmini, həmçinin sığortaçının məsuliyyət dairəsini müəyyənləşdirməyə imkan yaradacaqdır. Əks təqdirdə riskin idarəolunmazlığı sığorta sisteminin zəifləməsinə, beləliklə sığorta olunanlar qarşısında öhdəliklərin yerinə yetirilməsində çətinliklərin yaranmasına səbəb ola bilər.
