İyulun 6-sı saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.
Milli Hidrometeorologiya Xidmətinindən Heftelik.az-a verilən xəbərə görə, yağıntılar ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterlidir.
Düşən yağıntının miqdarı Xızıda 20, Xaltanda 18, Lerikdə 15, Şuşa, Şahdağda 4, Kəlbəcər, Füzulidə 2, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qusar, Tərtər, Yardımlı, Astara, Ağdam, Zəngilan, Laçın, Qubadlı, Xankəndi, Xocalıda 1 mm-dir.