Ağır və zərərli şəraitdə işləyən şəxslərin əmək haqqına artım əmsalları tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
İqlim şəraiti əlverişsiz olan ərazilərdə çalışan işçilər də bu təminatlardan yararlanırlar.
İşğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislər üçün də yüksək əməkhaqqı nəzərdə tutulur.
Artım əmsallarının minimum həddi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.
