İstehsalat qəzası nəticəsində işçinin sağlamlığına zərər dəydikdə işəgötürən tam məsuliyyət daşıyır.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Bu məsuliyyət işçinin əmək funksiyasını yerinə yetirərkən baş verən hallara şamil olunur.
Qəza nəticəsində ölüm baş verdikdə ailə üzvlərinə də kompensasiya ödənilir.
Qanun işçilərin təhlükəsizliyinin təmin olunmasını əsas vəzifələrdən biri kimi müəyyən edir.
