2026-cı il dünya çempionatının 1/8 finalında Braziliyanın Norveçə 1:2 hesabı ilə uduzmasından sonra Neymar milli komanda karyerasını başa vurduğunu açıqlayıb.
Heftelik.az xəbər verir ki, 34 yaşlı hücumçu oyundan sonra açıqlama verərək, “Burada başladım, burada da bitirirəm”, – deyib.
Qeyd edək ki, Neymar Braziliya millisində 130 oyunda 80 qol vurub, 59 məhsuldar ötürmə edib və yığmanın tarixinin ən məhsuldar bombardiri kimi karyerasını başa vurub.
