Mərkəzi Bank müəyyən hallarda bank lisenziyasının ləğvi məsələsinə baxa bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Belə hallardan biri bankın təsisçilərinin və ya səhmdarlarının müraciətidir.
Xarici bank da yerli filialını bağlamaq barədə qərar qəbul edə bilər.
Bu zaman lisenziyanın ləğvi proseduru başlanır.