Bir neçə peşə və ya vəzifə üzrə işləyən vaxtamuzd işçilərə daha yüksək tarif dərəcəsi tətbiq olunur.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Belə hallarda əmək haqqına əlavə ödənilməsi nəzərdə tutulur.
İşəmuzd işçilərə aşağı dərəcəli iş tapşırıldıqda dərəcələrarası fərq ödənilir.
Bu ödənişlərin şərtləri kollektiv və əmək müqavilələri ilə müəyyən edilir.