Səudiyyə Ərəbistanı bayrağı altında üzən xam neft tankeri Oman sahilləri yaxınlığında, Hörmüz boğazı ərazisində, eyni bölgədə Qətərə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) tankerinin zərbəyə məruz qalmasından sonra zədələnib.
Heftelik.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Reuters dəniz təhlükəsizliyi sahəsindəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, partlayışın səbəbi hələlik məlum deyil. Zərbəyə məruz qalan neft tankerinin “Wedyan” supertankeri olduğu ehtimal edilir.
“MarineTraffic” gəmi izləmə platformasının məlumatına əsasən, “Wedyan” tankerinin son qeydə alınmış mövqeyi iyulun 3-də Fars körfəzində olub.
