Dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Heftelik.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb.

Hazırda vətəndaş – 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.