Bələdiyyə torpaqlarının idarə edilməsində səlahiyyət bölgüsü dəqiqləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda əksini tapıb.
Bələdiyyə torpaqlarına sərəncam vermək bələdiyyələrin müstəsna hüququ sayılır.
Torpaq sahələrinin hüdudları müəyyən olunduqdan sonra bəzi dövlət səlahiyyətləri tətbiq edilmir.
İcra hakimiyyəti orqanları bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edə bilməzlər.
Digər qurumlar yalnız qanunvericiliklə verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərə bilərlər.