Bakıda evdən ər-arvadın meyitləri tapılıb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxslərin 41 yaşlı Bağırov Coşqun Nurəddin oğlu və onun həyat yoldaşı Bağırova Nübar Kərim qızı olması müəyyən edilib.

Hadisənin hansı səbəbdən baş verməsi və digər motivlər bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.