Balakəndə 43 yaşlı kişini sel aparıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Balakən rayonu Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb.

Hazırda onun axtarışı davam etdirilir.