İşçi öz əsas vəzifəsi ilə yanaşı başqa vəzifənin funksiyalarını da yerinə yetirdikdə ona əlavə ödənilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Əmək Məcəlləsində əksini tapıb.
Əlavənin məbləği kollektiv müqavilə və ya tərəflərin razılığı ilə müəyyən edilir.
Müvəqqəti işə çıxmayan əməkdaşın əvəz olunması da əlavə ödəniş hüququ yaradır.
Bu zaman maaş fərqi və ya əlavə ödəniş tətbiq olunur.
