Suriya Prezidenti Əhməd əş-Şara NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Ankaraya gəlib.

Heftelik.az xəbər verir ki, Əhməd əş-Şaranın təyyarəsi Esenboğa Hava Limanına enib.

Suriya Prezidentini hava limanında Türkiyənin ticarət naziri Ömər Bolat və digər rəsmi şəxslər qarşılayıblar.